Binəli Yıldırımdan İlham Əliyevə təşəkkür: `FETÖ-yə qarşı...`


15:37     21 Sentyabr 2016 binali-yildirim.jpg

"Fətullahçı terror təşkilatına qarşı ilk ən sərt reaksiya verən dost Azərbaycan oldu."


Femida.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım bəyan edib.

O, FETÖ ilə mübarizədə verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib: "Bir millət iki dövlət. Biz qardaşıq. FETÖ-yə qarşı ən sərt reaksiyanı verən dost və qardaş Azərbaycan oldu: bu təşkilatın əlaqələrini ortaya çıxarır, məktəblərini bağlayır. Çox gözəl əməkdaşlığımız var.

Azərbaycan prezidenti İlham Əliyevə türk milləti adından təşəkkür edirəm."

Qeyd edək ki, hazırda ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah Gülən 15 iyulda Türkiyədə baş verən hərbi çevrilişə cəhddə ittiham olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 1208